• cümə, 29 Mart, 14:25
  • Baku Bakı 14°C

Qaydalara riayət etməklə bütün çimərliklər vətəndaşların üzünə açıqdır

07.08.20 12:45 808
Qaydalara riayət etməklə bütün çimərliklər vətəndaşların üzünə açıqdır
Karantin qaydalarına riayət etməklə bütün çimərliklər vətəndaşların üzünə açıqdır.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, çimərliklərdə tələb olunan qaydalar insanların sağlamlığı ilə bağlıdır:"Ümumi karantin qaydaları ilə bərabər çimərliklərdən istifadəyə dair də karantin qaydaları mövcuddur. Çimərliyə gələn hər bir şəxsdən bu qaydalara əməl etməsi tələb olunur. Əsas qaydalardan biri sosial məsafənin qorunmasıdır, bundan əlavə çimərliyə gələn vətəndaşlardan çox dərinliyə getməmək, suyun təhlükəli yerlərindən uzaq durmaq tələb olunur. Hər bir qayda insanların sağlamlığı və təhlükəsizliyi üçündür. Karantin qaydalarına riayət etməyən şəxslər barəsində polis tərəfindən tədbir görüləcək”.
Mətbuat xidmətinin rəisi əlavə edib ki, məhz ötən gün çimərlikdə xidmət aparan polis əməkdaşları suda boğulan iki nəfəri ölümdən xilas ediblər:"Həmin hadisələrdən biri Buzovna qəsəbəsindəki çimərlikdə baş verib. Polis əməkdaşı həmin ərazidə xidmət aparan zaman 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükə altına ataraq suya atılan polis serjantı onu xilas edib. Vaxtında edilən kömək nəticəsində azyaşlının həyatı xilas olunub”.
banner

Oxşar Xəbərlər