• şənbə, 20 Aprel, 00:57
  • Baku Bakı 15°C

Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb

21.05.16 13:39 1093
Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb
Mayın 20-də gecə saatlarında Quba-İspik-Xınalıq yolunun hərəkət hissəsinə dağlardan qopan qaya parçalarının və torpaq kütləsinin tökülməsi səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşıb.
Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal SultanovAZƏRTAC-a bildirib ki, qaya parçaları daha çox yolun 37-ci kilometrliyinə düşüb. Xınalıqla bərabər, bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat və Bostankeş kəndləri ilə də nəqliyyat əlaqəsi kəsilib.
Gecə saatlarından yolun təmizlənməsinə başlanılıb. İdarənin ağır texnikaları vasitəsilə ağırlığı 15-20 ton olan qaya parçaları yolun hərəkət hissəsindən kənarlaşdırılır.
banner

Oxşar Xəbərlər