• cümə, 29 Mart, 17:36
  • Baku Bakı 14°C

Qaxın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının davam etdirilməsi 3 mln. manata başa gələcək

05.08.17 19:46 1963
Qaxın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının davam etdirilməsi 3 mln. manata başa gələcək
Azərbaycan prezidentiİlham ƏliyevQax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə" prezidentin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərsu" ASC-yə 2,99 mln. manat ayrılıb.
"Azərbaycan Respublikası regionlarının ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər bu sahədə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu tədbirlərin davamı olaraq, Qax şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, həcmi 2x500 kubmetr olan beş su anbarında tamamlama işlərinin başa çatdırılması, həcmi 2x500 kubmetr olan bir su anbarının, diametrləri 110-160 mm, uzunluğu 14,4 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-500 mm, uzunluğu 1,35 km olan kanalizasiya şəbəkəsinin tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 7722 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb", - deyə sərəncamda vurğulanıb.
Maliyyə Nazirliyisərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabinetiisə sərəncamdan irəli gələn məsələləri həll edəcək.
banner

Oxşar Xəbərlər