• cümə, 29 Mart, 19:20
  • Baku Bakı 14°C

Qatilin daha bir cinayəti üzə çıxdı

20.08.13 13:20 1193
Qatilin daha bir cinayəti üzə çıxdı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşını öldürən Əlaqif Abbasovun daha bir cinayət əməli ortaya çıxıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ə. Abbasov ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun avqust ayının 9-da Binəqədi rayonu Xocasən qəsəbəsinin ərazisində Vaqif Qarayevə məxsus “Bərəkət-98” firmasının ofisindən içərisində 100 manat və möhür olan seyfi oğurladığı da müəyyən edilib.
Qeyd edək ki, Ə. Abbasov 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı avqustun 14-də bıçaqla qətlə yetirib.
Ə. Abbasovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun digər oğurluq əməlləri də üzə çıxıb.
banner

Oxşar Xəbərlər