• çərşənbə axşamı, 16 aprel, 21:53
  • Baku Bakı 18°C

Qatı ermənipərəst Frank Engel kimdir?!

17.03.17 15:13 830
Qatı ermənipərəst Frank Engel kimdir?!
Populist çıxışları və dünyanın müxtəlif bölgələrində baş verən siyasi hadisələr barəsində qeyri-adekvat şərhləri ilə adı tez-tez Avropa mətbuatının gündəminə çıxan Lüxemburq deputatı Frank Engel Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə də seçicilərini və öz həmkarlarını təəccübləndirməkdən yorulmur. Qatı ermənipərəst mövqeyini həyasızcasına yalan və dezinformasiyalar hesabına əsaslandırmağa çalışan Frank Engel az öncə Dağlıq Qarabağda keçirilən qondarma "referendum”da daha iki həmkarı ilə birlikdə iştirak etmiş və birgə imzaladıqları bəyanatda özünü "müşahidəçi” kimi qələmə verməyə çalışmışdı. Respublika Baş Prokurorluğu tərəfindən saxta "müşahidəçilər” barəsində beynəlxalq axtarış elan olunması onların özlərini təşvişə salmaqla yanaşı, həm də Luksemburq mətbuatını hərəkətə gətirdi. Milli Məclis tərəfindən Avropa Parlamentinə ünvanlanmış kəskin bəyanatlar isə bu nüfuzlu qurumun rəhbər vəzifə sahiblərini öz həmkarlarının qeyri-etik hərəkətlərini pisləyən bəyanatlarla çıxış etməyə vadar etdi. Sanki ermənidən daha pis erməni olmağa çalışan Frank Engelin bu dəfə jurnalistlərə verdiyi cavablar isə onun əvvəlki tək inamlı olmadığını və hər vəchlə özünün qeyri-qanuni səfərinə rəsmi don geyindirməyə çalışmaqla özünə bəraət qazandırmaq cəhdlərini büruzə verir. Belə görünür ki, Engel bu gün malik olduğu deputat toxunulmazlığının əbədi olmadığını anlayır və bir gün özünün də Lapşin kimi Azərbaycana təhvil verilmək ehtimalını heç də diqqətdən qaçırmır. Frank Engelin bu əndişəsi mətbuatın da diqqətindən yayınmayıb və onun Lüksemburqdan bu qədər uzaq bir regionda nə axtardığını, Lüksemburqda heç kimi maraqlandırmayan bu münaqişədə onun ermənilər üçün sonsuz fədakarlığının motivlərini araşdırmağa başlayıblar. Frank Engelin ermənilərə bu qədər canfəşanlığının səbəbini anlamağa çalışan jurnalistlərin araşdırmaları onun bu "cəfakeş xalq”a vəkillik etməyinin heç də özünün dediyi kimi "dünyada demokratik qaydaların bərqərar olması naminə” təmənnasız olmadığını göstərir və onu bu fəaliyyətə sövq edən gizli maliyyə mənbələrini üzə çıxarır.
Lüksemburqun ən məşhur satirik jurnalı "Feyerkrop”-da yer almış "Frank Bengel kimlər üçün çalışır?” adlı məqalə bu müəmmalı suallara işıq salır. Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, sözügedən siyasətçinin əsl soyadı Engel olsa da, məqalə müəllifi başıbəlalı siyasətçini ələ salmaq üçün onun soyadını Bengel kimi göstərir.
Frank Bengel kimlər üçün çalışır?
Uzaq ərazilərdə aparılan siyasətlərə xüsusi aludəçiliyi ilə seçilən və adı vaxtaşırı qalmaqallarda hallanan Avropa deputatı Frank Bengel (oxu: Engel – CF) yenə ölkənin gündəmindədir. Bu yaxınlarda uzun müddətdir ki, Qafqazda mübahisə predmeti olan bir ərazidə mübahisəli bir referendumda "müşahidəçilik” missiyasını improvizə etdikdən sonra, yəni odun üstünə yağ tökdükdən sonra Bengel digər iki yoldaşı ilə birlikdə İnterpol tərəfindən axtarılır. Münaqişə tərəflərindən biri və bu münaqişə nəticəsində Dağlıq Qarabağ regionunu itirmiş Azərbaycan özünün hesab etdiyi əraziyə qeyri-qanuni girməklə qanunu pozduqlarına görə beynəlxalq axtarış mandatını onların alnına yapışdırıb.
Qısaca tarixə qayıdaq
Sovet İttifaqının çökməsindən sonra Azərbaycana məxsus olan, lakin əhalisinin çoxunu ermənilərin təşkil etdiyi Dağlıq Qarabağ qanlı döyüşlərdən sonra öz müstəqilliyini elan edib. 1994-cü ildən qüvvədə olan atəşkəs rejimi vaxtaşırı bu və ya digər tərəfdən pozulur. Bu ilin 20 fevralında dünyanın heç bir ölkəsi tərəfindən, hətta daim onlara hərbi və siyasi dəstək verən Ermənistanın özü tərəfindən belə tanınmayan Dağlıq Qarabağın faktiki idarəçiləri bu qurumun adının dəyişdirilməsini və onun yarım-prezident idarəçilik üsulundan tam prezidentlik üsul-idarəsinə keçməsini nəzərdə tutan referendum təşkil ediblər. ( Türkiyədə olduğu kimi)
Uzun illərdən bəri sülh danışıqlarını aparan ATƏT kimi rəsmi bir təşkilat bu referendumun qeyri-qanuni olduğunu elan edib.
Ermənistanın Fəxri konsulu titulunu daşıyan və heç də neytral mövqe tutmayan, öz iştirakı ilə qondarma "Artsax Respublikası”na hər hansı bir legitimlik görüntüsü yaratmağa çalışan Frank Bengel isə 23 fevral tarixində özünün "Facebook” səhifəsində yazır.
"... Bu insanların (Dağlıq Qarabağda yaşayanlar nəzərdə tutulur – CF) bizim təmsil etdiyimiz azad demokratik dünyanın dəstəyinə ehtiyacı var. Mən bu mübarizəni dəstəkləmək üçün öz fəaliyyətimi aparıram...”
Çılğın Bengel üçün görünür baş verənləri inkar etmək daha asandır. Bütün baş verənlərdən heç nə baş çıxarmayan Lüksemburqlu yarım-jurnalistlər qarşısında çıxış edən Bengel bu "kleptokrat (oğurluq hakimiyyət) banan respublikasına” görə ( "Artsax” nəzərdə tutulur - CF) Lüksemburq hökümətini "terrorçu Bakı rejimi” ilə diplomatik əlaqələri kəsməyə çağırıb.
Görəsən, "Karqoluks” şirkətinin də fəal çalışdığı bir ölkədə iqtisadi maraqları qurban verməyə və çox vacib karbohidrat istehsalçısı olan bir ölkəyə girişdən məhrum olmağa dəyərmi .....
Bəs bu Bengel kimdir?! Bengel - cəsarətli tənha mübarizdirmi? Heç kimin eşitmək belə istəmədiyi ədalət naminə təmənnasız bir şəhiddirmi? .... Əlbəttə yox.
Americanın bir beyin mərkəzi tərəfindən maliyyələşmə
Əslində, Lüksemburqlu siyasətçi aralarında bir sıra nüfuzlu şəxslərin də yer aldığı təxminən 150 deputatın, xüsusilə də Elmar Brok ( xristian-demokrat), Rebeka Harms ( ekoloqçu) və Co Linen ( sosial-demokrat) kimi tevtonik Avropa deputatlarının da daxil olduğu "Münaqişələrin qarşısının alınması naminə parlamentarilər şəbəkəsi” adlanan beynəlxalq bir şəbəkənin üzvüdür.
Bu təşəbbüs keçmiş prezidentliyə namizəd milyarder Ross Perotun oğlu Texaslı milyarder kiçik Ross Perotun nəzarətində olan və siyasi, hərbi və iqtisadi maraqları özündə birləşdirən, "Şərq-Qərb İnstitutu” adlanan güclü bir amerikan beyin mərkəzi tərəfindən maliyyələşdirilir. Oğul Perot digər fəaliyyətləri ilə yanaşı həm də daşınmaz əmlak, maliyyə və xüsusilə də neft-qaz sahəsində çox fəal çalışan Hilvud şirkətinin prezidentidir. Məsələn, Hilvudun filialı olan "HKN Enerji” şirkəti Amerikanın 2003-cü ildə İraqda apardığı müharibədən az sonra İraq Kürdüstanında özünün aşkar etdiyi neft yataqlarının istismarını həyata keçirir. "Şərq-Qərb İnstitutu”nun prezidenti-Baş Direktoru 2010-2012-ci illərdə Pakistanda, İraqda və Serbiyada ABŞ-nin səfiri olmuş Kameron Munterdir. Bu beyin mərkəzinin vitse-prezidenti isə 1996-19997-ci illərdə Ermənistanın baş naziri olmuş, sonralar isə Böyük Britaniyada, Lüksemburqda, Vatikanda Ermənistanın səfiri işləmiş, hal-hazırda Enerji Təhlükəsizliyi üzrə Qlobal Şuranın üzvü, "Bank Of Amerika” və "Merrill Lynch” kimi nəhəng şirkətlərin müşaviri olan Armen Sarkisyandır.
"Şərq-Qərb İnstitutu”na maliyyə dəstəyi göstərən transmilli şirkətlərin siyahısında "Mikrosoft” və Amerikanın bir sıra digər maliyyə şirkətlərinin də adları yer alır. Bütün bu bomondun başqa regionlarla yanaşı Mərkəzi Asiyanın taleyinə də fəal surətdə təsir etmək maraqlarını anlamaq heç də çətin deyil: Xəzər hövzəsinin neft və qaz ehtiyatlarına nəzarəti ələ keçirmək, bu bazarlarda Rusiyanın qarşısını almaq, region ölkələri arasında öz bazarlarını təmin etmək, özləri üçün müxtəlif yeni bazarlar açmaq və s.
Çılğın təbiətli Frank Bengelin bütün bunlardan xəbərsiz olmasına və bu oyunlarda onun heç bir marağının olmamasına inanmaq isə çətindir. "Qərb demokratiyası” naminə yalqız apardığı mübarizədə olduğu kimi...
Çomski
banner

Oxşar Xəbərlər