• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

Qasımi: “Nazirlərin görüşü regional təhlükəsizliyə töhfə verəcək”

14.03.18 14:40 418
Qasımi: “Nazirlərin görüşü regional təhlükəsizliyə töhfə verəcək”
"Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə, ölkələr arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunuİranXarici İşlər Nazirliyinin sözçüsüBəhram Qasımiİran xarici işlər naziri Məhəmməd Cavad ZərifinBakıya səfərini şərh edərkən deyib.
"Ümid edirəm ki, bu təşəbbüsölkələrin mənafelərini təmin edəcək. Biz bu əməkdaşlığın regionun digər xalqları arasındadinc yaşayışın təmin edilməsinə töhfə verəcəyinə inanırıq. Bu iclasda dörd ölkəni maraqlandıran siyasi məsələlər, o cümlədən regiondakı vəziyyət, qanunsuz narkotik dövriyyəsi ilə mübarizə, regional təhlükəsizlik, ölkələr arasındaiqtisadi əməkdaşlığıngücləndirilməsi müzakirə olunacaq”.
Səfər çərçivəsindəMəhəmməd Cavad Zərifin Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.Görüşlərdə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.
Qeyd edək ki, Bakıda Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.
banner

Oxşar Xəbərlər