• cümə, 07 Fevral, 06:59
  • Baku Bakı 7°C

Qasım Süleymaniyə sui-qəsd etməkdə 48 amerikalı günahlandırılır

27.12.20 16:00 449
Qasım Süleymaniyə sui-qəsd etməkdə 48 amerikalı günahlandırılır
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin ölümündə təqsirləndirilənlərin sayı 48 nəfərə çatıb.
APAbildirir ki, bu barədə xalq qərargahının rəsmi nümayəndəsi Hüseyin Əmir-Abdollahia açıqlama verib.
O qeyd edib ki, yaxın gələcəkdə Süleymaninin öldürülməsi ilə bağlı məhkəmə qərarı olacağına ümid edir və İran məhkəmə sistemi bu məsələləri ciddi şəkildə izləyir.
Learn more
Rəsmi nümayəndənin sözlərinə görə, generalın qətlinə cavabdeh olan amerikalıların sayı 45 nəfərdən 48 nəfərə yüksəlib.
Xatırladaq ki, yanvar ayında Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın "Qüds” briqadasının komandanı, general Qasim Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.
banner

Oxşar Xəbərlər