• cümə axşamı, 25 aprel, 13:27
  • Baku Bakı 23°C

Qarlı hava yollarda hərəkəti çətinləşdirib - Polis sürücü və piyadalara kömək göstərib

11.02.20 09:51 1509
Qarlı hava yollarda hərəkəti çətinləşdirib - Polis sürücü və piyadalara kömək göstərib
Respublikanın bir çox bölgələrində olduğu kimi Astara rayonuna da güclü qar yağıb. Qarın yağması ilk növbədə yollarda hərəkətin axınına öz təsirini göstərir. Bu cür
hava şəraitində Dövlət Yol Polisi əməkdaşları həm sürücülərin, həm də piyadaların köməyinə çatıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstərərək öz xidməti fəaliyyətlərinin öhdəsindən layiqincə gəldiklərini nümayiş etdiriblər.

Bununla yanaşı, polis əməkdaşları yolların təmizlənməsi, qum və duz səpilməsinin təşkili prosesində də fəallıq nümayiş etidirblər. Gün ərzində hərəkətin axını tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb. Eyni zamanda, yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyyə ediblər.
banner

Oxşar Xəbərlər