• cümə, 29 Mart, 05:08
  • Baku Bakı 7°C

Qarğışa bax ey: Əgər Messi soyuqlasa...

19.02.19 12:30 556
Qarğışa bax ey: Əgər Messi soyuqlasa...
"Lion”un prezidenti Jan-Mişel Olyas Çempionlar Liqasının 1/8 finalında "Barselona” ilə keçiriləcək oyun ərəfəsində açıqlama verib.
Kaspi.az xəbər verir ki, Olyas "Barsa”nın lideri Lionel Messi barədə də danışıb. O, argentinalının xəstələnməsini arzuladığını da gizlətməyib:
"Biz 2004-cü ildə Ronaldolu "Mançester Yunayted”ə qarşı oynamışıq. Həmin vaxt Ronaldo əsl raket idi, onun qarşısını kəsmək mümkün deyildi.
Biz Bekhem və Messi ilə də qarşılaşmışıq. Ancaq argentinalı bizə qarşı o qədər də ürəklə oynamayıb. Ümid edirəm ki, bu tendensiya davam edəcək. Əgər Leo soyuqlasa, bizim üçün yaxşı olar”.
"Lion”-"Barselona” qarşılaşması bu gün Fransada keçiriləcək.
banner

Oxşar Xəbərlər