• çərşənbə, 24 Aprel, 10:51
  • Baku Bakı 13°C

Qardaşoğluna çörəyin içində telefon ötürmək alınmadı

01.11.13 17:12 1395
Qardaşoğluna çörəyin içində telefon ötürmək alınmadı
Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 29-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan 1991-ci il il təvəllüdlü, Elnur Yengibar oğlu Əliyevə əmisi, Kürdəmir rayon sakini Rövşən Cəlil oğlu Əliyev tərəfindən gətirilən sovqata baxış keçirilib.
Baxış zaman çörəyin içərisində gizlədilmiş "Nokia" markalı mobil telefon aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
banner

Oxşar Xəbərlər