• cümə, 19 Aprel, 19:53
  • Baku Bakı 24°C

Qardaşların birini bıçaqladı, birinin boğazını kəsdi

31.08.13 09:25 1214
Qardaşların birini bıçaqladı, birinin boğazını kəsdi
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
Bakı şəhər sakini Elvin Mikayılov şəxsi münaqişə zəminində 29 yaşlı Vüqar Nizami oğlu Dəryaquliyevi bıçaqlayıb. E. Mikayılov daha sonra V. Dəryaquliyevin qardaşı, 32 yaşlı Yaşar Dəryaquliyevin boğazını kəsərək qətlə yetirib.
Hadisəni törədən E. Mikayılov qaçaraq məsuliyyətdən yayınıb.
Polisdən həmçinin bildirilib ki, hadisəyə səbəb qardaşların maşınla Elvin Mikayılova yol verməmələri səbəb olub.
E. Mikayılovun tutulması istiqamətində tədbirlər davam etdirilir.
banner

Oxşar Xəbərlər