AZE | RUS | ENG |

Qardaşı Elçibəyin ailəsindən imtina etdi

Qardaşı Elçibəyin ailəsindən imtina etdi
Mərhum eks-prezident Əbülfəz Elçibəyin ailə üzvləri ilə qardaşı Almurad Əliyev arasında soyuqluq yaranıb


Mətbuata verdikləri açıqlamalarında bir-birlərini təkzib edən qohumların münasibətlərinə A.Əliyev aydınlıq gətirib. Moden.az-a açıqlamasında A.Əliyev qardaşının ailəsindən gileylənib. O qardaşının ailə üzvlərinin Əliyevlər nəslinin ağsaqqalı kimi onunla məsləhətləşmələr aparmadığını deyib. A.Əliyev Əbülfəz Elçibəydən yadigar qalan sənədlərin Arxiv Fonduna verilməsi ilə bağlı məsələdən xəbərsiz olduğunu deyib: “Mən artıq bu gündən bu işlərə qarışmıram. Özləri bilərlər. Nə deyirlər desinlər. Elçbiyəin sənədlərinə gəlincə, bu barədə sizdən eşidirəm. Mənimlə heç kim bu barədə məsləhətləşməyib. Nəslin ağsaqqalı olaraq mənə bu haqda heç nə deməyiblər”-deyə bildirib. A.Əliyev çoxdandır qardaşının ailə üzvləri ilə görüşmədiyini vurğulayıb. “Çoxdandır getmirəm ora. Ancaq lazım olanda telefonla danışırıq”. Mərhum prezidentin qardaşı daha sonra Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi iddiası ilə bağlı açılan cinayət işində hər hansı yeniliyin olmadığını bildirib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311