• cümə axşamı, 25 aprel, 14:36
  • Baku Bakı 23°C

Qardaşı deyir ki, ya “Barsa” ya gedəcək, ya da...

26.01.19 14:00 606
Qardaşı deyir ki, ya “Barsa” ya gedəcək, ya da...
"Manşester Yunayted”in futbolçusu Pol Poqbanın qardaşı Florentin onun gələcək karyerası barədə danışıb.
Kaspi.az xəbər verir ki, Florentin ailəlikcə "Barsa” azarkeşləri olduqlarını etiraf edib. O, qardaşının inkişaf üçün məhz İspaniyaya üz tuta biləcəyini deyib:
"Mourinyonun MY-dən gedişi həlledici oldu. Pol onun vaxtında xoşbəxt deyildi. Sulşerlə hər şey qaydasındadır. Qardaşım onu hələ MY-nin gənclər komandasında oynayandan tanıyır.
Biz ailəlikcə "Barselona” fanatıyıq. İmkan düşdükcə "Barsa”nın oyununu ya televizor vasitəsilə, ya da stadiondan izləyirəm. Hesab edirəm ki, Pol "Mançester Yunayted”i tərk etməli olsa, inkişaf naminə "Siti”, "Barselona” və "Real” kimi komandalardan birinə keçməlidir.
"Siti”yə keçmək olmaz. Deməli, ya "Barsa”ya, ya da "Real”a gedəcək. Onu da deyim ki, Poqba hələ "Yuventus”da çıxış edərkən "Barselona” və "Real”a keçə bilərdi. Ancaq o, MY-ni seçdi.
banner

Oxşar Xəbərlər