• cümə, 19 Aprel, 17:50
  • Baku Bakı 25°C

Qaranlıq maliyyə mənbələri və möhtəşəm varidat...

05.08.19 14:40 10249
Qaranlıq maliyyə mənbələri və möhtəşəm varidat...
İndi sadalayacağımız mal - mülkün siyahısı hansısa oliqarxda olarsa, bəlkə bunu normal qarşılamaq mümkündür, ən azından imkanlarını, biznes qurmaq şanslarını və s. bilirsən; amma möhtəşəm varidat heç bir gəliri, işi - gücü olmayan bir partiya sədrinə aid olanda, bax, burda adamın heyrəti bir yana, şübhəsi min yerə gedir...
- Şüvəlan qəsəbəsində qiyməti yarım milyon manat civarında villa;
- Bakının mərkəzində yeni tikilən hündürmərtəbəli binalarda bir neçə mənzil;
- Bakının Dübəndi kəndində real qiyməti təxminin 1 milyon manatdan yüksək olan üçmərtəbəli dəbdəbəli villa;
- Saatlı,İmişlirayonlarında 120 hektarlıq ferma, mal-qara sürüsü, hektarlarla əkin sahəsi;
- Son model "Mazda CX9” avtomobil.
Bütün bunlar hazırda gecə-gündüzsosial şəbəkələrdəşəffaflıq və korrupsiyadan danışan AXCP sədri Əli Kərimlinin mətbuata məlum olan var-dövlətinin bir hissəsidir.Kərimlinin dəbdəbəli həyat tərzini nümayiş etdirən faktlar bununla bitmir.

Mediada zaman-zaman yer alan və təkzib olunmayan məlumatlara əsasən,AXCPsədrinin hər iki övladı 11 ilBakıda Oksford məktəbində (1 illik təhsil haqqı 11 min manatdır) oxuyublar.Kərimlininoğlu Türkel Kərimli dünyanın ən nüfuzlu Bristol Unuversitetində təhsilalıb. Mətbuat hesablayıb ki, Londonda oxuduğu müddətdə,təhsil haqqı,Bakı-Londonaviareyslərinə alınan biletlərə xərclənən vəsait, tətil, restoran, gecə klubları, barlar, digər əyləncə xərcləri də nəzərə alınmaqla Kərimlinin son 15 ildə təkcə övladları ilə bağlı xərcləri 1 milyon manatı ötüb.
Digər məlumatlara istinad etsək, daha doğrusu keçmiş cəbhəçilərin mətbuata ötürdüyü informasiyalara əsasən,AXCPsədri hələ cəbhə hakimiyyəti dövründə özü üçün gizli biznes də qurub və hazırda icarəyə verilən obyektlərdən Kərimli ailəsinin büdcəsinə kifayət qədər vəsait daxil olur.
Kərimlinin əmlaklarını bir qayda olaraq öz adına deyil, yaxın qohumlarının adına qeydiyyata aldığı iddia edilir.
AXCP sədrinin gizli maliyyə ödəmələri ilə bağlı məlumatlar da kifayət qədər zəngindir. Məsələn, onlardan birinə diqqət edək: medianın arxivlərində Kərimlinin özü və qohumlarının 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan fantastik məbləğdə - 8 milyon 603 min 364 manat pul çıxardıqları yer alıb.
Bundan başqa, həyat yoldaşının Britaniya ali məktəblərindən birində təhsil alan oğluna baş çəkmək üçün getdiyi Londonda ay yarımdan çox qaldığı, bahalı restoranlara, butiklərə tez-tez baş çəkdiyi ictimailəşib.

Bütün bu ittihamlara Kərimlinin cavabı isə tutarlı deyil. O iddia edib ki, övladlarının təhsil xərclərini həyat yoldaşı Samara Seydiovanın hələ eks-prezident Ayaz Mütəllibovun dövründə gənc mütəxəssis kimi aldığı mənzili satmaqla və müxtəlif vaxtlardaAvropaİnsan Haqları Məhkəməsində udduğu işlər üzrə Azərbaycan dövlətindən qazandığı təzminatla ödəyib. Nə qədər gülünc bir izahat!!! Kərimliyə də yaxşı məlumdur ki, hansısa köhnə bir mənzili satmaqla Londonda övlad oxutmaq, ona dəbdəbəli həyat yaşatmaq mümkün deyil. Üstəlik, Kərimli Avropa Məhkəməsindən aldığı təzminatla (46 min avro) sadalanan xərcləri qarşılamaq mümkünsüzdür. Həm də Kərimlinin özünün özəl sürücüsünə, cangüdənlərinə və s. məsələlərə xərcləri də nəzərə alınsa...
Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar müxalifət liderlərinin, xüsusən AXCP rəhbərliyinin mühacirət biznesi ilə də məşğul olması barədə də məlumatlar yayılır. Ümumiləşdirsək, Avropada siyasi sığınacaq almaq istəyənlərə AXCP vəsiqəsinin satışı, eləcə də xaricdən aldığı və təyinatı üzrə xərclənməyən qrantlar Kərimlinin maliyyə durumunu yaxşılaşdıran mənbələr kimi ictimai dövriyyədədir.

Bütün bu sadalananlara mediada yer alan digər faktları da əlavə etmək olar. Amma elə təkcə bu qeyd olunanlar onu deməyə əsas verir ki, hazırda Azərbaycan hakimiyyətinin əleyhinə aparılan çirkli kampaniyanın başında dayanan Kərimli özü çirkab içindədir. Cəmiyyətdə haqlı olaraq zaman-zaman bu qədər var-dövlətin qaynaqları barədə suallar yaranır. Hardandı oliqarx həyat tərzindən seçilməyən bu yaşayışın mənbəyi?
Yox əgər Kərimlinin yuxarıda qeyd etdiyimiz təkziblərinə az da olsa inansaq, onda 2-ci sual meydana çıxır. İllərdir işləməyən birisinin dəbdəbəli həyat tərzi nəyin hesabına təmin olunur? Belə çıxmırmı ki, Kərimli məhz Azərbaycan əleyhinə işləmək üçün hansısa xarici dairələr tərəfindən maliyyələşdirilir?
Kərimli öz lideri Elçibəy əleyhinə fəaliyyətinin qarşılığında əgər maddi qazanc əldə etməyi qarşısına hədəf, məqsəd qoyurdusa, onun nəinki hakimiyyəti xarici çevrələrə satmaq, Azərbaycanın maraqlarını şübhəli beynəlxalq təşkilatlara, məxfi dairələrə qurban vermək kimi bir xisləti şübhə doğurmur. Və şübhə yoxdur ki, atılan hər xain addımın arxasında birmənalı pul hərisliyi, şəxsi mənfəət, siyasətdə bu yolla varlana bildikcə varlanmaq keyfiyyəti dayanır...
Belə birisinin Azərbaycan hakimiyyətini tənqid etməyə nə dərəcədə haqqı çatır?
Elman BABAYEV
banner

Oxşar Xəbərlər