• cümə axşamı, 28 mart, 17:53
  • Baku Bakı 16°C

“Qaragöz” filminin qala-gecəsi keçirildi

17.10.18 17:04 2047
“Qaragöz” filminin qala-gecəsi keçirildi
"Nizami” Kino Mərkəzində çoxdandır gözlənilən "Qaragöz” filminin qala-gecəsi keçirilib.Ekran işində aktyor Elməddin Cəfərov, rəqqasə Oksana Rəsulova, əməkdar artist Hüsniyyə Mürvətova və başqaları rol alıblar. Qala-gecəsinə sənət aləminin tanınmış simaları qatılıblar.
Qeyd edək ki, rejissor Orxan Mərdanın ərsəyə gətirdiyi "Qaragöz” filmi komedik dram janrında çəkilib. Film Qara ilə Nigarın hekayəsindən bəhs edir. Qara məşhur aktyordur, işinin dahisidir, yaxşı insandır, amma həddindən artıq simicdir. Bu xasiyyətinə görə də həyatda təkdir. Amma bir gün xəbərsiz olduğu oğlu yanına gəlir və onun həyatı dəyişir...
Qala-gecəsində qırmızı xalçadan keçən filmin yaradıcı heyəti jurnalistlərin suallarını cavablandırıblar. ElməddinCəfərov canlandırdığı obrazın Mirzə Fətəli Axundovun "Sərgüzəşti-mərdi-xəsis” pyesindəki "Hacı Qara” ilə oxşarlığını qeyd edib. O bildirib ki, Qara indiyədək ifa etdiyi ən ağır obrazdır: "Çünki film ərzində Qaranın xarakteri dəfələrlə dəyişir.Sonda Qara tamam başqa bir insana çevirilir”.
Gecədə filmin nümayişindən əvvəl kiçik konsert təqdim olunub. Müğənni Rüstəm Zeynallının müşayiəti iləorkestr "Qaragöz” filminin müsiqisini canlı ifa edib.
Qeyd edək ki, "Qaragöz”ü artıq "Park Cinema” ekranlarında izləyə bilərsiniz.

banner

Oxşar Xəbərlər