• cümə axşamı, 25 aprel, 12:20
  • Baku Bakı 23°C

Qaraciyər sağlamlığını qorumağın yolları

20.08.18 15:30 693
Qaraciyər sağlamlığını qorumağın yolları
Qaraciyərin fəaliyyətinə, eyni zamanda, bir sıra xəstəliklərin və piylənmənin qarşısını almağa faydalı ərzaqlar hansılardır?
AZƏRTACZdorovye Mail.Ru saytına istinadla xəbər verir ki, bir çox ərzaqlar kimi yulafın da tərkibində olan lifli maddələr artıq çəkidən qurtulmağa kömək edir ki, bu da qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir.
Qəhvə
Düzgün qidalanmamaq və ya alkoqollu içkilərin qəbuluna baxmayaraq gündə 2-3 fincan qəhvə qaraciyərin fəaliyyətinin tənzimlənməsinə kömək edir və xərçəng riskini aradan qaldırır.
Yaşıl çay
Yaşıl çayın tərkibindəki antioksidantlar xərəçəngin yaranma riskini aradan qaldırır. Bu xüsusiyyət ispanaqda da var.
Qaragilə
Qaragilə bitkisinin tərkibi polifenol birləşmələrlə zəngindir. Bu da qaraciyərdə piy toplanmasının qarşısını alır.
Badam
Badamın tərkibində çoxlu miqdarda E vitamini var ki, bu da qaraciyər piylənməsi ilə mübarizədə kömək edir.
banner

Oxşar Xəbərlər