• cümə, 19 Aprel, 08:31
  • Baku Bakı 13°C

“Qarabağ”ın “Vilyareal”la matçı baş tutmayacaq - AÇIQLAMA

08.12.20 20:15 548
“Qarabağ”ın “Vilyareal”la matçı baş tutmayacaq - AÇIQLAMA
"Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı "Vilyarreal”la oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.
Bu barədə klubdan açıqlama verilib.
Bildirilib ki, test nəticəsində daha iki futbolçuda - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda nəticə pozitiv olub.
Ötən testin nəticələrinə görə daha 7 futbolçuda - Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da virus aşkarlanmışdı.
İki futbolçu - Bədavi Hüseynov və Patrik Andrade də zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq.
Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqləri bərpa etməyib.
Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal”la oyunda iştirak edə bilməyəcək.
Dekabrın 10-u komandamızın "Vilyarreal”la matçı baş tutmayacaq və qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək.
banner

Oxşar Xəbərlər