• cümə, 29 Mart, 05:03
  • Baku Bakı 7°C

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib

10.09.17 12:30 1400
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçirib
Ağdamın "Qarabağ” komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
AZƏRTACxəbər verir ki, Ağdam təmsilçisinin sentyabrın 12-də qrup mərhələsi çərçivəsində Londonda səfərdə oynayacağı "Çelsi” klubu İngiltərə Premyer Liqasında "Lester”lə üz-üzə gəlib. "Çelsi” 2:1 hesabı ilə səfərdə rəqibinə qalib gələrək aktivinə üç xal əlavə edib. Hazırda dörd oyundan sonra doqquz xal toplayan "Çelsi” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Azərbaycan çempionunun qrup mərhələsindəki digər rəqibinin - İspaniyanın "Atletiko Madrid” komandasının səfərdə "Valensiya” ilə görüşü heç-heçə yekunlaşıb. Üç oyundan sonra beş xala malik "Atletiko Madrid” İspaniya La Liqasında beşinci sırada qərarlaşıb.
"Qarabağ” klubunun qrup mərhələsində öz meydanında sentyabrın 27-də Bakıda qarşılaşacağı İtaliyanın "Roma” komandasının "Sampdoriya” ilə səfər matçı isə əlverişsiz hava şəraiti ilə əlaqədar başqa tarixə təxirə salınıb. Hazırda iki oyundan sonra üç xala malik "Roma” İtaliya çempionatında 10-cu yerdədir.
banner

Oxşar Xəbərlər