AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub

İdman
25 Sentyabr 2020, 11:00 178
Sentyabrın 25-də "Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, Polşanın "Legiya” klubudur. Varşava təmsilçisi III təsnifat mərhələsində Kosovonın "Drita” komandasını üstələyib - 2:0. Hər iki qol birinci hissədə vurulub. Pavel Vşolek 24-cü, Tomaş Pekhart isə 43-cü dəqiqədə fərqlənib. "Voyska Polskoqo” stadionunda təşkil olunmuş qarşılaşmanı türkiyəli referi Halis Özkahya idarə edib.

"Legiya” – "Qarabağ” görüşü də elə bu arenada keçiriləcək. UEFA Avropa Liqasında pley-off mərhələsi də bir oyundan ibarət olacaq. Bu səbəbdən, oktyabrın 1-də təşkil olunacaq qarşılaşmanın qalibi qrup mərhələsinə yüksələcək.