• cümə axşamı, 25 aprel, 00:35
  • Baku Bakı 19°C

"Qarabağ"ın "Şerif"lə ilk oyunu avstriyalı hakimlərə tapşırılıb

18.08.18 18:00 945
"Qarabağ"ın "Şerif"lə ilk oyunu avstriyalı hakimlərə tapşırılıb
"Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada "Şerif”ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.
"Report” xəbər verir ki, avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.
Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi siə finlandiyalı Teuvo Holopainedir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər