• cümə axşamı, 18 aprel, 14:01
  • Baku Bakı 22°C

“Qarabağ”ın rəqibinin vitse-prezidenti təxribatdan danışdı

02.10.18 11:20 535
“Qarabağ”ın rəqibinin vitse-prezidenti təxribatdan danışdı
"Qarabağ”ın Avropa Liqasındakı rəqibi "Vorskla”nın azarkeşlərinin Ukrayna çempionatında "Desna” ilə keçirilən oyuna üzərində Hitlerin şəkli olan köynəklə gəldikləri barədə məlumat vermişdik.
Kaspi.az xəbər verir ki, "Vorskla”nın vitse-prezidenti Oleq Lısak bu məsələ ilə bağlı açıqlama verib. O, bu hərəkətin kluba qarşı təxribat olduğunu vurğulayıb:
"Hesab edirik ki, bu, bizə qarşı təxribatdı və hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Həmin oyunda tirbunada olan azarkeşləri iki hissəyə bölmək olardı: Poltavadan təşkilatlanaraq gələnlər və fərdi qaydada bilet alanlar.
Bildiyimizə görə, həmin azarkeşlər Poltavadan gələn qrupdan olmayıblar. Başa düşmürəm, Avropa Liqasındakı oyun ərəfəsində bu hərəkəti edənlər kimlərdir və məqsədləri nədir?
Biz bu məsələyə hüquq-mühafizə orqanlarını qoşacağıq. Qoy onlar araşdırsınlar. Bundan sonra stadiona gələn azarkeşləri klub əməkdaşları, stüardlar da yoxlayacaq.
Hesab edirik ki, bu hadisə bizə qarşı təxribatdır. Bununla bağlı azarkeşlərə də müraciət edəcəyik”.
banner

Oxşar Xəbərlər