• cümə, 29 Mart, 08:45
  • Baku Bakı 5°C

“Qarabağ”ın rəqibinin məşqçisi: “Geriyə yol yoxdur”

24.06.15 16:15 1906
“Qarabağ”ın rəqibinin məşqçisi: “Geriyə yol yoxdur”
Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan Monteneqronun “Rudar” komandasının baş məşqçisi Marko Mariç ölkəsinin mətbuatına danışıb. “Qafqazinfo” xəbər verir ki, mütəxəssis təmsilçimizi cütün favoriti kimi görür.
"Əvvəla rəqib heç də gözəçarpan komanda deyil. Lakin onları mübarizədən kənarlaşdırmaq çətin olacaq. Həmçinin, Monteneqrodan çox uzağa getmək istəmirik. Pula qənaət etmək istəyirik. Rəqib çox yaxşı komandadır. Heyətlərində 4 brazilyalı, 1 ispan, albaniyalı və mərakeşli futbolçuları var. Ötən mövsüm Avropa Liqasında qazandıqları nəticələrdən də xəbərdaram. Azərbaycanlıların ilk matçda favorit olmağına baxmayaraq, vətənə uğurlu nəticə ilə qayıtmaq üçün maksimum güc göstərəcəyik.
Qarşıdakı günlərdə biz “Qarabağ”ın oyunlarının disklərini əldə edib, rəqibi təhlil edəcəyik. Onların güclü və zəif cəhətlərini üzə çıxaracağıq. Bu bizim üçün çətin olacaq, amma geriyə yol yoxdur. Mümkün olan hər şeyi etməyə çalışacağıq”.
Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 15-də, saat 21:00-da Bakıda Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq.
banner

Oxşar Xəbərlər