• şənbə, 20 Aprel, 01:44
  • Baku Bakı 15°C

“Qarabağ“ın rəqibinin futbolçusu aeroportda saxlanıldı

10.12.14 15:13 882
“Qarabağ“ın rəqibinin futbolçusu aeroportda saxlanıldı
Sabah Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"ın rəqibləri "Dnepr" və "Sent-Etyen" Kiyevdə üz-üzə gələcək. Futbolpress.az-ın məlumatına görə, fransızların Ukrayna səfəri insidentlə başlayıb. Fransa təmsilçisinin təyyarəsi Borispol şəhərinə təyin olunan vaxtdan 6 saat gec enib. Buna səbəb təyyarənin navigasiya sistemində yaranan problem olub. Enişdən sonra fransalıların sənədlərinə baxış keçirilib. Bəlli olub ki, qonaqların yarımmüdafiəçisi Maks-Alen Qradel miqrasiya qanunlarını pozub. Belə ki, onun sənədində uyğunsuzluqlar aşkarlanıb. Futbolçu sərhədçilər tərəfindən saxlanılıb və araşdırmalar üçün bütün gecə sərhəd məntəqəsində qalmalı olub.
Qeyd edək ki, sabah Kiyevin "Olimpiyski" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər