• cümə axşamı, 28 mart, 15:52
  • Baku Bakı 16°C

“Qarabağ”ın rəqibini Rauf Əliyevlə “Keşlə”nin baş məşqçisi qarşıladı

31.07.18 15:45 832
“Qarabağ”ın rəqibini Rauf Əliyevlə “Keşlə”nin baş məşqçisi qarşıladı
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"la üz-üzə gələcək "Kukesi" (Albaniya) Bakıya gəlib.
Kaspi.az xəbər verir ki, "Kukesi”ni bu komandanın keçmiş hücumçusu Rauf Əliyev və sabiq baş məşqçisi Mladen Milinkoviç qarşılayıblar.
Hazırda "Qəbələ”də forma geyinən Rauf Əliyevlə "Keşlə”nin "sükanı arxasında” olan Milinkoviç ötən mövsümün qış fasiləsində "Kukesi"dən ayrılmışdılar.
Fotodakı digər oyunçular isə adları "Keşlə" ilə hallanan Rustem Noxa və Valon Etemidir. Onlar Milinkoviçlə transferləri ilə bağlı müzakirələr aparıblar.
"Qarabağ" - "Kukesi" matçı avqustun 1-də saat 21:00-da start götürəcək. Albaniyadakı ilk oyunda hesab açılmamışdı.
banner

Oxşar Xəbərlər