• şənbə, 20 Aprel, 05:16
  • Baku Bakı 15°C

“Qarabağ”ın rəqibindən 340 milyonluq müqavilə

09.10.18 13:50 634
“Qarabağ”ın rəqibindən 340 milyonluq müqavilə
"Qarabağ”ın Avropa Liqasında rəqiblərindən olan "Arsenal” klubu yeni forma sponsoru ilə razılıq əldə edib.
Kaspi.az xəbər verir ki, "Puma” şirkəti ilə müqaviləsi mövsümün sonunda bitəcək "topçular", yeni forma sponsorluğu üçün "Adidas” şirkəti ilə razılıq əldə edib. Bu barədə klubun rəsmi "tvitter" hesabından məlumat verilib.
Xəbərdə "Arsenal”ın 2018/2019 mövsümündən etibarən forma sponsorunun "Adidas” olacağı bildirilib. Yeni müqavilənin müddəti 5 ildir. "Topçular” bu müddətdə 340 milyon avro gəlir əldə edəcək.
"Arsenal” Avroliqanın E qrupunda "Qarabağ”, "Sportinq” və "Vorskla” klubları ilə mübarizə aparır.
banner

Oxşar Xəbərlər