“Qarabağ”ın rəqibindən 340 milyonluq müqavilə
"Qarabağ”ın
Avropa Liqasında rəqiblərindən olan "Arsenal” klubu yeni forma sponsoru ilə
razılıq əldə edib.
Kaspi.az xəbər
verir ki, "Puma” şirkəti ilə müqaviləsi mövsümün sonunda bitəcək
"topçular", yeni forma sponsorluğu üçün "Adidas” şirkəti ilə razılıq əldə
edib. Bu barədə klubun rəsmi "tvitter" hesabından məlumat verilib.
Xəbərdə
"Arsenal”ın 2018/2019 mövsümündən etibarən forma sponsorunun "Adidas” olacağı
bildirilib. Yeni müqavilənin müddəti 5 ildir. "Topçular” bu müddətdə 340 milyon
avro gəlir əldə edəcək.
"Arsenal”
Avroliqanın E qrupunda "Qarabağ”, "Sportinq” və "Vorskla” klubları ilə mübarizə
aparır.