• şənbə, 20 Aprel, 10:54
  • Baku Bakı 14°C

“Qarabağ”ın rəqibi məlum oldu

18.06.19 17:20 863
“Qarabağ”ın rəqibi məlum oldu
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Kaspi.az xəbər verir ki, püşkdə Azərbaycanı təmsil edəcək son ölkə çempionu "Qarabağ”ın da rəqibi bilinib. "Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Partizani” klubu olub.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.
"Qarabağ” ilk oyununu səfərdə keçirəcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
Nomme Kalyu (Estoniya) – Şkendiya (Makedoniya)
Suduva (Litva) – Srvena Zvezda (Serbiya)
Ararat (Ermənistan) – AIK (İsveç)
Astana (Qazaxıstan) – ÇFR Kluj (Rumıniya)
Ludoqorets (Bolqarıstan) – Ferensvaroş (Macarstan)
Partizani (Albaniya) – Qarabağ (Azərbaycan)
Slovan (Slovakiya) – Sutyeska (Monteneqro)
Seltik (Şotlandiya) – Sarayevo (Bosniya və Herseqovina)
Şerif (Moldova) – Saburtalo (Gürcüstan)
Düdelanj (Lüksemburq) – Valletta (Malta)
Linfild (Şimali İrlandiya) – Rusenborq (Norveç)
Valyur (İslandiya) – Maribor (Sloveniya)
Dundalk (İrlandiya) – Riqa (Latviya)
TNS (Uels) – İlkin mərhələnin qalibi
HİK (Finlandiya) – HB Torshavn (Farer adaları)
BATE (Belarus) – Pyast (Polşa)
banner

Oxşar Xəbərlər