• cümə, 19 Aprel, 22:49
  • Baku Bakı 24°C

“Qarabağ“ın rəqibi kimdir?

26.07.13 10:26 1476
“Qarabağ“ın rəqibi kimdir?
Apasport.az saytı Gavle şəhərini təmsil edən klubun təqdimatını edir.
Bu komandanın əsası 5 dekabr 1882-ci ildə “Gefle Sportklubb” kimi qoyulub. Əvvəlcə isveçlilər burada bir neçə idman növü ilə məşğul olublar. 1983-cü ilin 24 yanvarında isə klubun adı dəyişdirilərək, “Gefle İdrottsförening” olub.
Ağdamlıların qədim tarixə malik olan və heç bir nailiyyət qazanmayan rəqibi ilk futbol matçını 1898-ci ildə keçirib. Onlar 1933-də isə birinci dəfə İsveçin əsas çempionatında mübarizəyə qoşulub. Lakin “Gefle” 2 ildən sonra yenidən II diviziona yuvarlanıb.
İsveç klubu Allsvenskana qayıtmaq üçün 48 il gözləməli olub. 1983 və 1984-cü ildə ən yüksək liqada çıxış edən Gavle təmsilçisi mövsümün sonunda (1984) yenidən gəldiyi yerə - aşağı diviziona yollanıb. 20 ildən sonra Allsvenskana vəsiqə qazanan “Gefle” 2006-cı ildə ilk dəfə İsveçrə kubokunun finalında oynayıb. Elə həmin ildə Gavle təmsilçisi “FairPlay” çərçivəsi ilə birinci dəfə UEFA Kubokunun, 2010-2011-ci ildə isə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edib. Bu mövsüm isə onların avrokuboklarda ümumilikdə 3-cü cəhdidir.
Prezidenti Leyf Lindstrand olan Gavle klubunu baş məşqçi funksiyasını Per Olsson həyata keçirir. 49 yaşlı mütəxəssis 2005-ci ildən bu komandanın çalışdırır. Klub ev oyunlarını 7200 tamaşaçı tutumu olan “Strömvallen” stadionunda keçirir. Ölkə çempionu olmayan “Gefle”də əsasən yerli futbolçular üstünlük təşkil edir. 131 yaşa malik olan isveçlilərin heyətində legionerlər isə “Finlandiya, Qana və Cənubi Afrikadan olan oyunçulardır.
Qeyd edək ki, III mərhələnin oyunları avqustun 1-də və 8-də keçiriləcək.
banner

Oxşar Xəbərlər