• cümə, 29 Mart, 09:36
  • Baku Bakı 5°C

“Qarabağ”ın rəqibi Arda Turanı istəyir

14.11.17 13:55 1126
“Qarabağ”ın rəqibi Arda Turanı istəyir
Qışda "Barselona”dan ayrılacağı gözlənilən Arda Turan karyerasını İngiltərədə davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Bu ölkənin "A Spor” telekanalında yayımlanan "Takım oyunu” proqramında İngiltərə Premyer Liqasının son çempionu "Çelsi”nin 30 yaşlı futbolçunun xidmətində maraqlı olduğu açıqlanıb.
Bir müddətdir Ardanın qışda "Barsa”dan ayrılacağı barədə xəbərlər yayılır. Cari mövsümdə şans qazanmayan yarımmüdafiəçinin xidmətində sabiq klubu "Qalatasaray”ın maraqlı olduğu deyilsə də, sonradan İstanbul təmsilçisinin futbolçunun yüksək qiymətinə görə, bu keçiddən əl çəkdiyi açıqlanmışdı.
Xatırladaq ki, "Çelsi” Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindəndi.
banner

Oxşar Xəbərlər