• çərşənbə axşamı, 16 aprel, 10:56
  • Baku Bakı 14°C

“Qarabağ”ın qara sarğısına yox cavabı

05.08.14 12:18 1178
“Qarabağ”ın qara sarğısına yox cavabı
Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu Ağdam təmsilçisinin iki məsələ ilə bağlı müraciətinə cavab verib.
UEFA Avstriyanın “Zalsburq” klubu ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin bakıdakı ilk oyununda qırmızı vərəqə alan Reynaldonun cəzasının ləğv etməkdən imtina edib. Qurum futbolçunun meydandan qovulmasının haqsız olduğu ilə bağlı iddiaları əsassız sayıb və cənubi amerikalının cavab matçında iştirakına icazə verməyib.
“Qarabağ” digər müraciətinə də “yox” cavabı alıb. Belə ki, müəyyən hissəsi Ermənistan tərəfindən işğal olunan Ağdamı təmsil edən klub son günlər təmas xəttində Azərbaycan ordusunun şəhid verməsi səbəbindən meydana qara sarğı ilə çıxmaq üçün də UEFA-ya müraciət etmişdi. Lakin bunu siyasi məsələ sayan qurum futbola heç bir bağlılığı olmadığını əsas gətirərək “Qarabağ”ın xahişini müsbət dəyərləndirməyib.
banner

Oxşar Xəbərlər