AZE | RUS | ENG |

“Qarabağ”ın qara sarğısına yox cavabı

“Qarabağ”ın qara sarğısına yox cavabı
UEFA quruma müraciət edən Azərbaycan çempionu “Qarabağ”ın xahişini nəzərdən keçirib


Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumu Ağdam təmsilçisinin iki məsələ ilə bağlı müraciətinə cavab verib. UEFA Avstriyanın “Zalsburq” klubu ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin bakıdakı ilk oyununda qırmızı vərəqə alan Reynaldonun cəzasının ləğv etməkdən imtina edib. Qurum futbolçunun meydandan qovulmasının haqsız olduğu ilə bağlı iddiaları əsassız sayıb və cənubi amerikalının cavab matçında iştirakına icazə verməyib. “Qarabağ” digər müraciətinə də “yox” cavabı alıb. Belə ki, müəyyən hissəsi Ermənistan tərəfindən işğal olunan Ağdamı təmsil edən klub son günlər təmas xəttində Azərbaycan ordusunun şəhid verməsi səbəbindən meydana qara sarğı ilə çıxmaq üçün də UEFA-ya müraciət etmişdi. Lakin bunu siyasi məsələ sayan qurum futbola heç bir bağlılığı olmadığını əsas gətirərək “Qarabağ”ın xahişini müsbət dəyərləndirməyib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311