• çərşənbə, 24 Aprel, 11:11
  • Baku Bakı 13°C

“Qarabağ”ın növbəti sınağı

25.07.18 11:10 640
“Qarabağ”ın növbəti sınağı
Futbol üzrə Azərbaycan çempionu "Qarabağ” bu gün Çempionlar Liqasında növbəti matçına çıxır.
Kaspi.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı təmsilçimiz qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində Albaniya çempionu "Kukesi” ilə mübarizə aparacaq.
"Kukesi” ÇL-in ilk təsnifat mərhələsində Maltanın "Valletta” klubunu mübarizədən kənarlaşdırıb (evdə 0:0, səfərdə 1:1). Ağdam klubu isə startda Sloveniya "Olimpiya”sından (Lyublyana) güclü olub (evdə 0:0, səfərdə 1:0).
Avrokuboklardakı yeganə təmsilçimiz olan "Qarabağ” bu rəqibini də mübarizədən kənarlaşdırmaq üçün səfərdən sərfəli nəticə ilə dönməlidir.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
25 iyul
21:00. Kukesi - Qarabağ
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Kai Erik Steen (hamısı Norveç).
Şkoder. "Loro Boriçi” stadionu.
banner

Oxşar Xəbərlər