“Qarabağ”ın futbolçusunun evi qarət edildi
Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu
Mahir Emrelinin mənzili qarət olunub.
Kaspi.az xəbər verir ki, futbolçunun Sulutəpə qəsəbəsində yerləşən
evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl
əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.
Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil
olublar. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.