• cümə, 29 Mart, 11:03
  • Baku Bakı 5°C

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində rəqibləri məlum olub

24.08.17 20:56 1491
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində rəqibləri məlum olub
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.APA-nı məlumatına görə, Fransanın Monako şəhərində baş tutub.

Əsas raundda iştirak edən 32 komanda 8 qrupa bölünüb. ÇL-in qrup mərhələsində ilk dəfə Azərbaycan komandası da təmsil olunub.

Beşqat Azərbaycan çempionu "Qarabağ” C qrupunda mübarizə aparacaq.

"Qarabağ" rəqibləri "Çelsi” (İngiltərə), "Atletiko” (İspaniya) və "Roma” (İtaliya) klublarıdır.
banner

Oxşar Xəbərlər