"Qarabağ"ın Çempionar Liqasında 5 potensial rəqibi məlum oldu

İdman
17 İyun 2019, 21:17 374
İyunun 18-i Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılacaq.
Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, bu turnirdə ölkəmizi təmsil edəcək "Qarabağ" klubunun 5 potensial rəqibi məlum olub:
"Valletta" (Malta),
"Sarayevo" (Bosniya və Herseqovina),
"Sutyeska" (Monteneqro),
"Partizani" (Albaniya),
"Saburtalo" (Gürcüstan).