• cümə axşamı, 25 aprel, 02:10
  • Baku Bakı 19°C

“Qarabağ”ın ağır məğlubiyyəti, “Beşiktaş”ın inanılmaz dönüşü

30.11.18 10:10 569
“Qarabağ”ın ağır məğlubiyyəti, “Beşiktaş”ın inanılmaz dönüşü
UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Kaspi.az xəbər verir ki, E qrupunda "Qarabağ" doğma meydanda Portuqaliyanın "Sportinq" klubunu qəbul edib və böyük hesabla uduzub. Qrupun digər matçında isə Ukrayna "Vorskla"sı "Arsenal"la qarşılaşıb. London təmsilçisi ötən tur növbəti mərhələni rəsmiləşdirsə də, bu oyunda da darmadağına sevinib.
Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" klubu doğma meydanda Ukraynanın "Dinamo" (Kiyev) kollektivi ilə qarşılaşıb və minimal hesabla məğlub olub. Lakin sözügedən komandaların hər ikisi növbəti mərhələyə vəsiqə qazanıb.
Türkiyə təmsilçilərindən "Beşiktaş” səfərdə "Sarpsporq"un qonağı olub. Dörd oyuna 1 qələbə qazanan "qara qartallar" görüşdən 3 xalla ayrılmaq niyyətində idi. İstanbul klubu bu görüşün əvvəlində 2 top buraxsa da, möhtəşəm əzmkarlıq nümayiş etdirərək qələbəyə sevinib. "Fənərbaxça" isə evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edib. Bu qrupun hər iki oyunu qolsuz başa çatıb. Nəticədə, "Fənərbaxça" "Dinamo" ilə birgə növbəti mərhələyə vəsiqə əldə edib.
Avropa Liqası, qrup mərhələsi, 5-ci tur
29 noyabr
A qrupu
Bayer (Leverkuzen, Almaniya) - Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Vayzer, 85 - Marselinyo, 69.
Sürix (İsveçrə) - AEK (Larnaka, Kipr) 1:2
Qol: Xelifi, 74 - Cannu, 38. Triçkovski, 85.
B qrupu
Rusenborq (Norveç) - Seltik (Şotlandiya) 0:1
Qol: Sinkleyr, 42.
Zalsburq (Avstriya) - Leyptsiq (Almaniya) 1:0
Qol: Qulbrandsen, 74.
C qrupu
Bordo (Fransa) - Slaviya (Praqa, Çexiya) 2:0
Qol: Preville, 49. Kunde, 90.
Zenit (Rusiya) - Kopenhagen (Danimarka) 1:0
Qol: Mak, 59.
D qrupu
Fənərbaxça (Türkiyə) - Dinamo (Zaqreb, Xorvatiya) 0:0
Anderlext (Belçika) - Spartak (Trnava, Slovakiya) 0:0
E qrupu
Qarabağ (Azərbaycan) - Sportinq (Lissabon, Portuqaliya) 1:6
Qol: Zubir, 14 - Dost, 5-pen. B.Fernandes, 20; 75. Nani, 33. Dyabi, 65; 82.
Vorskla (Poltava, Ukrayna) - Arsenal (İngiltərə) 0:3
Qol: Smit-Rou, 11. Remzi, 27-pen. Uillok, 41.
F qrupu
Betis (İspaniya) - Olimpiakos (Yunanıstan) 1:0
Qol: Kanales, 39.
Milan (İtaliya) - Düdelanj (Lüksemburq) 5:2
Qol: Kutrone, 21. Stelvio, 66-öz qapısına. H.Çalhanoğlu, 70. Şnell, 79-öz qapısına. Borini, 81 - Stols, 39. Turpel, 49.
G qrupu
Spartak (Moskva, Rusiya) - Rapid (Vyana, Avstriya) 1:2
Qol: Ze Luis, 20 - Muldur, 80. Skobesberger, 90.
Reyncers (Şotlandiya) - Vilyarreal (İspaniya) 0:0
H qrupu
Apollon (Kipr) - Latsio (İtaliya) 2:0
Qol: Faupala, 31. Markoviç, 82.
Ayntraxt (Almaniya) - Marsel (Fransa) 4:0
Qol: Yoviç, 1; 67. Qustavo, 17-öz qapısına. Sarr, 62-öz qapısına.
I qrupu
Malmö (İsveç) - Genk (Belçika) 2:2
Qol: Leviçki, 65. Antonsson, 67 - Posuelo, 42. Peyntsil, 53.
Sarpsporq (Norveç) - Beşiktaş (Türkiyə) 2:3
Qol: R.Məhəmməd, 1. Haynts, 6 - Lens, 62; 90. V.Lav, 66.
J qrupu
Krasnodar (Rusiya) - Akhisarspor (Türkiyə) 2:1
Qol: Qazinski, 49. Ari, 57 - Serjinyo, 24.
Standard (Lyej, Belçika) - Sevilya (İspaniya) 1:0
Qol: Djenepo, 62.
K qrupu
Astana (Qazaxıstan) - Dinamo (Kiyev, Ukrayna) 0:1
Qol: Verbiç, 29.
Yablonets (Çexiya) - Renn (Fransa) 0:1
Qol: Qrenye, 55.
L qrupu
BATE (Belarus) - Videoton (Macarıstan) 2:0
Qol: Siqneviç, 22. İvaniç, 85.
Çelsi (İngiltərə) - PAOK (Yunanıstan) 4:0
Qol: Jiru, 27; 37. Kallum, 60. Morata, 78.
Bombardir: Munas Dabbur (Salzburq), Luka Yoviç (Ayntraxt) - 5 qol.
banner

Oxşar Xəbərlər