• çərşənbə axşamı, 23 aprel, 15:50
  • Baku Bakı 24°C

“Qarabağ”ı Bakıda necə qarşıladılar?

31.08.13 10:34 1580
“Qarabağ”ı Bakıda necə qarşıladılar?
“Qarabağ”ın futbolçu və məşqçi heyəti Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniya “Eintracht”ı ilə cavab oyununa yollanan təmsilçimizin üzvlərini gətirən təyyarə bu gecə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
“Qarabağ” uğur qazana bilməsə də, komandanı aeroportda qarşılayanlar arasında xeyli azarkeş var idi. Bu cür diqqət futbolçuların da ürəyincə olub. Onlar saytımıza açıqlamasında bunları söyləyiblər.
Riçard Almeyda: “Belə ağır oyundan və məğlubiyyətdən sonra azarkeşlərimizin bu cür dəstəyini görmək çox xoşdu. Biz nəticəyə görə məyusuq. Amma gördüyümüz diqqət bizi sevindirməyə bilməz”.
Miro Varvodiç: “Bizim daha çox qol vurmaq şansımız var idi. Amma təəssüf ki, bunlardan yararlana bilmədik. Azarkeşlərimizin bizi hətta məğlubiyyətdən sonra da yalnız qoymadığını görmək çox xoşdur”.
banner

Oxşar Xəbərlər