• cümə axşamı, 28 mart, 17:34
  • Baku Bakı 16°C

"Qarabağ"dan darmadağın, "Neftçi" məğlubiyyətlə yarımfinalda

21.12.16 22:43 1117
"Qarabağ"dan darmadağın, "Neftçi" məğlubiyyətlə yarımfinalda
Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan 4 oyundan sonra yarımfinalçıların adları bəlli olub.
Bu matçlardan sonra Azərbaycanda futbol ilinə də yekun vurulub. Belə ki, 2016-cı ilin son oyunlarına Gəncədə start verilib. Səfərdə 2 cavabsız qol buraxan "Kəpəz” doğma azarkeşləri önündə "İnter”dən revanş almağa çalışsa da, bunu bacarmayıb. Qarşılaşma başladığı kimi də sona çatıb. Mövsümü titulla başa vurmağı hədəfləyən "bankirlər” 17 ildi yarımfinala həsrət qalan qərblilərin bu intizarını bir az da uzadıblar.
Günün ikinci qarşılaşması isə formal xarakter daşıyıb. 6:0 hesabından sonra cavab oyunu üçün Sumqayıtda yerli komanda ilə üz-üzə gələn "Qarabağ” yenə də darmadağına sevinib. Onlar rəqiblərini bu dəfə 5:2 hesabı ilə məğlub ediblər.
İntriqanın daha çox olduğu qarşılaşma "AZAL Arena”da keçirilib. İlk oyunun hesabına görə AZAL-ın "Qəbələ” ilə dueldə şansı olsa da, bu dəfə də məğlubiyyətə üzülüb. Roman Qriqorçunun yetirmələri 1:0 hesabı ilə qalib gəliblər.
İlin son qarşılaşması Bakıda baş tutub. 1/4 finalın yeganə paytaxt derbisində "Zirə” "Neftçi”dən üstün olub. Rəqib meydanında 3 cavabsız qol vuran "ağ-qaralar” məğlubiyyətə baxmayaraq, 2 oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.
Beləliklə, "İnter”, "Qəbələ”, "Qarabağ” və "Neftçi” mübarizəni yarımfinalda davam etdirəcək.
banner

Oxşar Xəbərlər