AZE | RUS | ENG |

“Qarabağ”dan “Barselona”ya atmaca

“Qarabağ”dan “Barselona”ya atmaca
Çempionlar Liqasının 1/4 final mərhələsində evdə "Barselona”nı 3:0 hesabı ilə məğlub edən "Roma” yarımfinala vəsiqə qazandı. "Nou Kamp”da keçirilmiş ilk görüşdə böyük hesabla uduzan (1:4) "canavarlar”ın bu uğuru hamı üçün sensasiya oldu.
 
Kaspi.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində "Roma”nın rəqibi olmuş "Qarabağ”ın rəsmi "facebook” səhifəsi də italyanları təbrik edib. Ağdam təmsilçisi paylaşımda "Barselona”ya da "ilişib”. Belə ki, "Roma”lı futbolçuların qələbə sevinci əks olunmuş şəkillə birlikdə, ingiliscə aşağıdakı sözlər qeyd edilib:
 
"Bizi məğlub etmək "Barselona”nı məğlub etməkdən daha çətindir. Təbriklər, əziz dostlar”.
 
Xatırladaq ki, "Qarabağ” "Roma”ya Bakıda 1:2, səfərdə isə 0:1 hesabı ilə məğlub olmuşdu.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162