• cümə axşamı, 28 mart, 20:23
  • Baku Bakı 13°C

“Qarabağ“da daha bir şok itki

29.09.14 21:05 1081
“Qarabağ“da daha bir şok itki
Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 2-də Milan "İnter"inin qonağı olacaq "Qarabağ" meydana daha bir ciddi itki ilə çıxacaq.
Anspress-in məlumatına görə, baş məşqçi Qurban Qurbanov kapitan Rəşad Sadıqovun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb təcrübəli müdafiəçinin zədəli olmasıdır. Bu səbəbdən "Neftçi" ilə oyunu buraxan Rəşad millinin İtaliya və Xorvatiya ilə oyunlarına da dəvət almayıb. Bu isə Sadıqovun ən azı oktyabrın 13-dək oynaya bilməyəcəyi deməkdir.
Qeyd edək ki, "Qarabağ"da Çumbinyo və Danilo Dias da zədəlidir
banner

Oxşar Xəbərlər