• cümə, 19 Aprel, 10:25
  • Baku Bakı 13°C

Qarabağda casusluq edən iki erməniyə hökm oxunub

24.07.13 10:55 1254
Qarabağda casusluq edən iki erməniyə hökm oxunub
APA-nın “Azatutyun” saytına istinadən verdiyi məlumata görə, işğalçı ordunun hərbi birləşmələrindən birində müqavilə əsasında xidmət edən Rafael Avakyan və tələbə David Barseqyan məhkəmə tərəfindən müvafiq olaraq 11 və 10 il müddətinə azadlıqdan məhrum olunublar.
İttiham aktına əsasən, hər iki erməni bir il öncə sosial şəbəkədə özünü İstanbulda yaşayan və xeyriyyə cəmiyyətin üzvü kimi təqdim edən Samvel Azatyan adlı erməni ilə tanış olub və o R. Avakyandan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılmış qondarma rejiminin ordusunda baş verən fövqəladə hadisələr, oradakı vəziyyət, tibbi xidmətlər, əsgərlərin qidalanması barədə məlumat verməyi və Zəngilanda məskunlaşmış Suriya ermənilərin şəkillərini ötürməyə xahiş edib. Buna görə R. Avakyan və D. Barseqyan hədiyyələr və pul alıblar.
Təqsirləndirilən şəxslər ittihamını qəbul etməyərək bildiriblər ki, etdiklərin z hərəkətin mahiyyətini anlamayıblar.
banner

Oxşar Xəbərlər