• şənbə, 20 Aprel, 17:03
  • Baku Bakı 23°C

“Qarabağda bundan sonra qan tökülməməlidir” - Putin

03.12.13 09:15 1259
“Qarabağda bundan sonra qan tökülməməlidir” - Putin
“İstərdik ki, Dağlıq Qarabağda bundan sonra heç vaxt heç kimin – həm azərbaycanlıların, həm də ermənilərin qanı tökülməsin”.
APA-nın “Novosti-Armeniya”ya istinadən xəbərinə görə, bunu İrəvanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi birgə mətbuat konfransında deyib.
O, “Azərbaycan hərbi əməliyyatla başlayarsa, Rusiyanın reaksiyası necə olacaq?” sualını belə cavablandırıb: “Bu cür sözlər ucadan nə qədər səslənsə, münaqişənin sülh yolu ilə nizamlanması üçün şərait bir o qədər əlverişsiz olacaq. Biz istərdik ki, Rusiya sərhədlərinə bu qədər yaxın yerləşən və Rusiya ilə sıx əlaqələrə malik olan bölgədə heç vaxt qan axmasın”.
banner

Oxşar Xəbərlər