• cümə axşamı, 28 mart, 14:49
  • Baku Bakı 16°C

“Qarabağ”da braziliyalı qapıçı

06.07.18 11:55 698
“Qarabağ”da braziliyalı qapıçı
Azərbaycan çempionu "Qarabağ” daha bir transfer həyata keçirib.
Kaspi.az xəbər verir ki, Ağdam klubu Vaqner Da Silvanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı braziliyalı qapıçı Belçikanın "Muskron” klubundan transfer edilib. O, 2017-ci ildə Portuqaliyanın "Boavişta” klubunda icarədə olub.
Maraqlıdır ki, bu, "Qarabağ”ın yay transfer dönəmində aldığı ikinci qapıçıdır. Ağdam klubu bir neçə gün öncə İslandiya yığmasının qolkiperi Hannes Halldorssonu da transfer etmişdi.
banner

Oxşar Xəbərlər