• cümə axşamı, 25 aprel, 12:01
  • Baku Bakı 23°C

Qarabağda arxeoloji abidələrin dağıdılmasına Ermənistan hökumətinin yaratdığı komissiya rəhbərlik edir

21.01.17 20:45 1046
Qarabağda arxeoloji abidələrin dağıdılmasına Ermənistan hökumətinin yaratdığı komissiya rəhbərlik edir
Ermənilər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda və ona bitişik ətraf rayonlarda, o cümlədən Xocalı, Xocavənd, Xankəndi, Ağdam, Şuşa, Kəlbəcər və Laçın rayonlarının ərazilərində olan arxeoloji abidələri dağıdırlar. Ermənistan hökuməti hətta bu məqsədlə Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Hamlet Petrosyanın rəhbərliyi ilə daimi komissiya da yaradıb. Bu dağıntıların həyata keçirilməsində erməni millətçiləri Ermənistanın ali və orta ümumtəhsil məktəblərinin şagird və tələbələrini, eləcə də Qarabağın erməni əhalisini səfərbər edirlər.
AZƏRTACxəbər verir ki, bu barədə Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov məlumat verib.
Faiq İsmayılov qeyd edib ki, Ermənistan hökuməti və "Daşnaksütyün” ümumdünya terror təşkilatının nümayəndələri bu komissiyanı beynəlmiləşdirərək onun tərkibinə Böyük Britaniya, İspaniya, Niderland və İslandiyadan mütəxəssis cəlb edirlər. Onların "fəaliyyəti” nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların ərazisində kurqanlar, küp qəbirlər, qədim təsərrüfat yerləri, həmçinin Xocalı-Gədəbəy mədəniyyətinə aid bütün mədəniyyət nümayəndələri dağılaraq yerlə yeksan edilib.
banner

Oxşar Xəbərlər