• şənbə, 20 Aprel, 14:48
  • Baku Bakı 23°C

“Qarabağ” yorğun olduğu üçün uduzdu”

02.09.13 10:59 1249
“Qarabağ” yorğun olduğu üçün uduzdu”
- Premyer Liqanın 5-ci turunun AZAL ilə oyunu gözlənilməz nəticə ilə başa çatdı. Rəqibiniz həm də daha çox hücum etdi, tam fərqli oyun sərgilədi. Bu, sizin üçün gözlənilməz olmadı ki?
- Doğrudan da elədir. Biz ağır oyundan sonra uzun yol qət etmişdik. İstər-istəməz komandada yorğunluq var idi. Mən AZAL-ı bu qələbə münasibətilə təbrik etmək istəyirəm. Onlar indi turnir cədvəlində bizdən də öndə qərarlaşmaq şansı qazandılar.
- Deməli, bu məğlubiyyətin əsas səbəbi yalnız yorğunluqdur?
- Biz hələ bu cür sıx qrafiklə oynamağa tam alışmamışıq. Bu gün bütün komanda çox yorğun təsir bağışladı. Bu üzdən də hücumlarımız sürətli, kəsərli olmadı. Hər halda bu futboldu. Bu oyunda həmişə qalib gəlmək olmur.
- Bu məğlubiyyət qarşıdakı vacib oyunlar öncəsi komandaya mənfi təsir göstərə bilər?
- Bizə öz gücümüzü bərpa etmək üçün vaxt lazımdı. Bu oyuna məlum səbəblərdən tam hazırlaşa bilməmişdik. Amma növbəti oyunlara qədər tam hazır olmaq üçün əlimizdən gələni edəcəyik. Ciddi hazırlaşmalıyıq.
- Siz əvvəllər daha çox oyun qurucusu kimi çıxış edirdiniz, hücuma dəstək verirdiniz. Amma son oyunlarda çox geriyə çəkilməyə başlamısız. Bu, nə ilə bağlıdır?
- Bəli, əvvəlki oyunlarda eləydi. Amma oyundan-oyuna çox şey dəyişir. Son oyunlarda baş məşqçimiz məhz meydanın dərinliklərindən oynamağımı lazım bildi. Müdafiəçilərə kömək etməklə yanaşı oyun qurmağa çalışmalıydım. Bir sözlə, bu, Qurban Qurbanovun göstərişidi.
banner

Oxşar Xəbərlər