• cümə, 19 Aprel, 20:38
  • Baku Bakı 24°C

“Qarabağ” yenə çempion ola bilmədi

02.05.14 17:12 1383
“Qarabağ” yenə çempion ola bilmədi
Ağdamın “Qarabağ” klubu futbol üzrə Topaz Premyer Liqasının XXXIII turunda da çempionluğunu elan edə bilməyib. Lent.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanovun komandası bu dəfə “Bakı” ilə səfər matçında xal itirib.
Ardıcıl 3-cü turda qələbəyə həsrət qalan “Qarabağ”ın büdrəməsi ən yaxın izləyicisi “İnter”in işinə yarayıb. “Bankirlər” “Sumqayıt”ı yenərək, liderlə xal fərqini 6-ya endiriblər.
Daha bir maraq doğuran matçda “Neftçi” son oyunlarda inamlı təsir bağışlayan “Qəbələ”yə uduzub. Flaqman ev oyununda hesabda irəli çıxsa da, qonaqlar 2 qol vuraraq, qələbəyə nail olublar. Bununla da baş məşqçi Yuri Syominin komandası Avropa Liqasına vəsiqə verən 4-cü pillədə möhkəmlənib.
Hazırda “Xəzər Lənkəran” – “Rəvan” və “Simurq” – AZAL matçları davam edir.
2 may (cümə)
“Neftçi” (Bakı) – “Qəbələ” – 1:2
Qollar: Cavid İmamverdiyev, 49 – Dodo, 63. Lorenso Ebesilyo, 90
Qırmızı vərəqə: Lorenso Ebesilyo, 90 (“Qəbələ”)
“Bakı” – “Qarabağ” (Ağdam) – 0:0
“İnter” – “Sumqayıt” – 2:0
Qollar: Aleksandr İaşvili, 51. Vaqif Cavadov, 90+2.
banner

Oxşar Xəbərlər