AZE | RUS | ENG |


“Qarabağ” ya Moldovaya gedəcək, ya da Albaniyaya

“Qarabağ”  ya Moldovaya gedəcək, ya da Albaniyaya
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Kaspi.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu "Qarabağ”ın da potensial rəqibləri müəyyənləşib. 2-ci təsnifat mərhələsinin ilk oyununda  Gürcüstan "Samtredia”sını 5:0 hesabı ilə məğlub edən "köhlən atlar" növbəti mərhələnin bir addımlığındadır. 
 
Təmsilçimiz reytinqinə görə səpələnmişlər səbətində yer alıb. Püşkatmanın nəticəsinə əsasən, Ağdam klubu "Samtredia"nı keçəcəyi təqdirdə, 3-cü təsnifat mərhələsində "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, bu komandalar arasında Moldovada baş tutmuş ilk oyun meydan sahiblərinin qələbəsilə nəticələnib.
 
3-cü təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.
 
Çempionlar Liqası
 
3-cü təsnifat mərhələsi
 
Çempionlar yolu
 
Slaviya (Çexiya) - BATE (Belarus)/Alaşkert (Ermənistan) cütünün qalibi
 
Spartak (Latviya)/Astana (Qazaxıstan) cütünün qalibi - Mariehamn (Finlandiya)/Legiya (Polşa) cütünün qalibi
 
Zrinski (Bosniya və Herseqovina)/Maribor (Sloveniya) cütünün qalibi - Hafnarfyordur (İslandiya)/Vikinqur (Farer adaları) cütünün qalibi
 
Jilina (Slovakiya)/Kopenhagen (Danimarka) cütünün qalibi - Malmö (İsveç)/Vardar (Makedoniya) cütünün qalibi
 
Hapoel (Beyer Şeva, İsrail)/Honved (Macarıstan) cütünün qalibi - Jalgiris (Litva)/Ludoqorets (Bolqarıstan) cütünün qalibi
 
Vitorul (Rumıniya) - APOEL (Kipr)/Düdelanj (Lüksemburq) 
 
Hibernians (Malta)/Zalsburq (Avstriya) cütünün qalibi - Riyeka (Xorvatiya)/TNS (Uels) cütünün qalibi
 
Qarabağ (Azərbaycan)/Samtredia (Gürcüstan) cütünün qalibi - Şerif (Moldova)/Kukesi (Albaniya) cütünün qalibi
 
Linfild (Şimali İrlandiya)/Seltik (Şotlandiya) cütünün qalibi - Dandalk (İrlandiya)/Rusenborq (Norveç) cütünün qalibi
 
Partizan (Serbiya)/Buduçnost (Monteneqro) cütünün qalibi - Olimpiakos (Yunanıstan)
 
Qeyri-çempionlar yolu
 
Dinamo (Kiyev, Ukrayna) - Yanq Boyz (İsveçrə)
 
AEK (Yunanıstan) - ÇSKA (Rusiya)
 
Brügge (Belçika) - Başakşəhər (Türkiyə) 
 
Styaua (Rumıniya) - Viktoriya (Çexiya)
 
Nitsa (Fransa) - Ayaks (Hollandiya)
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7071
GBP 1 İngilis funt sterlinqi 2.2356
TRY 1 Türk lirəsi 0.4823
KWD 1 Küveyt dinarı 5.6352
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 1.9984
CHF 1 İsveçrə frankı 1.7899
USD 1 ABŞ dolları 1.7010