• cümə, 29 Mart, 13:26
  • Baku Bakı 14°C

“Qarabağ” - “Vorskla” oyununa maraq yoxdur

23.10.18 15:35 528
“Qarabağ” - “Vorskla” oyununa maraq yoxdur
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ” - "Vorskla” oyununa bilet satışı davam edir.
Ağdam klubunun mətbuat xidmətindən verilən məlumata görə, sözügedən matça indiyədək 16 min bilet satılıb. Bu da onu göstərir ki, qarşılaşmaya maraq olduqca azdır.
Qarşılaşma 25 oktyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - "Vorskla” matçı saat 20:55-də başlayacaq.
"Qarabağ" Avroliqada ilk matçında səfərdə "Sportinq"ə 0:2, 2-ci oyunda isə öz meydanında "Arsenal"a 0:3 hesabı ilə məğlub olub.
banner

Oxşar Xəbərlər