AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qarabağ“ və “Xəzər Lənkəran“ məğlub oldu

“Qarabağ“ və “Xəzər Lənkəran“ məğlub oldu

İdman
12 Mart 2013, 17:06 1216
Azerisport.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş baş tutub. Bunlardan ikisi ilk, biri ikinci altılıq çərçivəsində keçirilib. İkinci altılıq çərçivəsində “Rəvan” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi minimal hesablı qələbəyə sevinib.

İlk altılıqda isə “Bakı” paytaxt derbisində “Neftçi” ilə sülh bağlayıb. “Simurq” da “Qarabağ”la qarşılaşmadan qalib ayrılıb.

Premyer Liqa
23-cü tur

12 mart (çərşənbə axşamı)

SİMURQ – QARABAĞ - 1:0 (1:0)
Qol: R.Eyubov, 32 (1:0).
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev.
Zaqatala. Şəhər stadionu.

BAKI – NEFTÇİ - 1:1 (0:1)
Qol: A.Abdullayev, 43 (0:1), M.Pena, 83 (1:1)
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elşən Acalov, Ramiz Məhərrəmov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

RƏVAN - XƏZƏR LƏNKƏRAN - 1:0 (0:0)
Qol: X.M.Varea, 90-pen (1:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
Bakı. Bayıl Arena.