• cümə axşamı, 28 mart, 13:11
  • Baku Bakı 16°C

“Qarabağ” və “Qəbələ” Avropa Liqasında pley-off mərhələsinin ilk görüşlərini keçirəcək

18.08.16 09:24 1091
“Qarabağ” və “Qəbələ” Avropa Liqasında pley-off mərhələsinin ilk görüşlərini keçirəcək
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.

İsveçin "Höteborq” klubu ilə qarşılaşacaq təmsilçimiz ilk oyun öncəsi cütün favoriti hesab olunur. "Köhlən atlar” İsveçdə qalib gəlsələr, bu, onların qitənin ikinci dərəcəli klub turnirində yubiley – 20-ci sevinci olacaq.

Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ” isə qrup mərhələsinə gedən yolda son maneəni dəf etmək üçün ilk qarşılaşmasına çıxacaq. Artıq 3 mərhələni arxada qoymuş "qırmızı-qaralar” Sloveniyanın "Maribor” klubu ilə üz-üzə gələcək. Ötən mövsüm dörd təsnifat mərhələsi adlayan əyalət klubu bu dəfə də eyni nəticəni sərgiləməyə iddialıdır. İlk dəfə avrokubok matçını "Dalğa Arena”da keçirəcək əyalət klubu yeni məkanında qələbə ilə yadda qalmaq istəyir.


Avropa Liqası
Pley-off, ilk oyun
18 avqust

21:00. "Höteborq” (İsveç) - "Qarabağ”
Höteborq. "Qamla Ullevi” stadionu

21:00. "Qəbələ” – "Maribor” (Sloveniya)
Bakı. "Dalğa Arena” stadionu
banner

Oxşar Xəbərlər